EN

Deputat bəzi jurnalistləri tənqid etdi - Reketçiliklə məşğuldular

Bəzi jurnalistlər cəmiyyətdə məqsədyönlü şəkildə vəzifəli şəxsləri hədəfə alır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Onun sözlərinə görə, bu jurnalist qrupunun sayı 30 nəfəri keçmir.

“Barmaqla sayılacaq qədər – təxminən 30 nəfər jurnalist var ki, onlar konkret olaraq insanları hədəf almaqla məşğuldurlar. Onlar cəmiyyətə eyni səviyyədə ziyan vururlar və fəaliyyətləri reketçiliyə bənzəyir,” – Nurullayev qeyd edib.

Deputat vurğulayıb ki, bu şəxslər Media haqqında qanunun tələblərini yerinə yetirməlidirlər və artıq bu məsələ ilə bağlı məhkəməyə müraciət edilib.

“Onların əsas məqsədi tənqid yox, hücum və təzyiqdir. Bu sahədə müəyyən hüquqi və normativ tədbirlərin görülməsi vacibdir,” – deputat əlavə edib.

Gülnar Nazimqızı 

Chosen
31
1
anews.az

2Sources