EN

Bakıda ictimai iaşə dövriyyəsi 15%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1007,1 milyon manat olub.

"APA-Economics" bu barədə Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% çoxdur.

7 ayda hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 584,2 milyon manat olub ki, bu da ümumi dövriyyənin 58,0 faizini təşkil edib.

Chosen
26
5
apa.az

10Sources