EN

Bu gündən İstanbulda növbəti TEKNOFEST ə start verilir

Azertag saytına istinadən ain.az xəbər verir.

İstanbul, 17 sentyabr, Günel Karatepe, AZƏRTAC

Bu gündən İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-ə start verilir.

AZƏRTAC xəbər verir ki, festivalda 58 əsas və 137 alt kateqoriya üzrə keçiriləcək yarışmalarda ilkin mərhələni keçən komandalar 85 milyon lirədən artıq maddi dəstək əldə edəcəklər. Yarışmada qalib gələnlərə isə ümumilikdə 65 milyon lirədən çox mükafat veriləcək.

Türkiyə Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) və Sənaye və Texnologiya Nazirliyinin təşəbbüsü ilə 13-cü dəfə keçirilən festival çərçivəsində təşkil olunan texnologiya müsabiqələrinə arzularını gerçəkləşdirmək istəyən 565 mindən çox komanda və 1 milyon 100 min iştirakçı müraciət edib.

İndiyədək müxtəlif tədbirləri ilə təxminən 11 milyon ziyarətçini qəbul edən TEKNOFEST-də hava nümayişləri, konsertlər, səhnə proqramları, sərgilər, maarifləndirici ustad dərsləri, simulyasiya təcrübə zonaları, planetarium, elm şouları, TEKNOFEST Zaman Tuneli, milli dəniz, quru və hava texnikasının sərgisi, yarmarkalar və şagirdlər üçün xüsusi ilk uçuş proqramları kimi bir çox təcrübə təqdim olunacaq.

Bundan əlavə TEKNOFEST İstanbul həm də aviasiya və müdafiə sənayesinin hava nümayişlərinə ev sahibliyi edəcək. Festivalda “SOLOTÜRK” və “Türk Ulduzları”nın şouları ilə yanaşı, “F-16” qırıcı təyyarələri də uçuş edəcək. Tədbirdə, həmçinin Türkiyənin müdafiə sənayesinin qürur mənbələrindən olan “ATAK” helikopterlərinin, “Hürkuş” təyyarəsinin, “ANKA”, “Bayraktar TB2”, “Bayraktar TB3” və “Bayraktar AKINCI” tipli pilotsuz uçuş aparatlarının da nümayişi nəzərdə tutulur.

Tədbir sentyabrın 21-dək Atatürk Hava Limanının ərazisində keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
37
4
azertag.az

5Sources