EN

Gürcüstan Azərbaycana borcunu tam ödəyib

Müəllif:Mehin Qasımova,Banco.az

Gürcüstan Maliyyə Nazirliyinin məlumatlarına əsasən, ölkə Rusiyaya olan uzunmüddətli borcunu tamamilə ödəyib.

Banco.az xəbər verir ki, Nazirliyin avqustun sonunda dərc etdiyi statistikada Rusiyaya xarici dövlət borcunun məbləğini göstərən sütunda ilk dəfə olaraq tire əks olunub.

Halbuki əvvəlki aylarda bu rəqəm dəyişməyərək 3,997 milyon dollar səviyyəsində qalırdı. Sözügedən göstəricidə sonuncu dəyişiklik cari ilin fevralında baş verib – həmin vaxt Gürcüstanın Rusiya Federasiyasına olan borcu iki dəfə azalaraq 7,87 milyon dollardan 3,997 milyon dollara düşmüşdü. Ondan öncə isə 2024-cü ilin avqustunda borc 11,618 milyon dollardan 7,87 milyon dollara qədər azalmışdı.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın xarici borcu ilə bağlı rəsmi statistika 2003-cü ildən Maliyyə Nazirliyinin saytında yerləşdirilir. Həmin ilin sonunda Gürcüstanın ümumi dövlət borcu 1,56 milyard dollar təşkil edirdisə, onun 156,9 milyon dolları Rusiyaya aid idi. O dövrdə Gürcüstanın ən çox borclu olduğu ölkə Türkmənistan (253,6 milyon dollar) idi. Rusiya isə ikinci yeri tuturdu.

Sonrakı illərdə Gürcüstanın Rusiyaya borcu mərhələli şəkildə azalaraq 2013-cü ilin sonunda 100,4 milyon dollar, 2018-ci ilin sonunda 61,4 milyon dollar, 2022-ci ilin sonunda isə 25,4 milyon dollar olub.

Ümumilikdə Gürcüstanın dövlət borcu 2025-ci ilin avqust ayına 50 milyon dollar azalaraq 9,09 milyard dollar təşkil edib. Borc strukturu üzrə ölkənin ən böyük öhdəliyi Fransaya məxsusdur – 850,9 milyon dollar. Bununla yanaşı, Gürcüstan avqust ayında həm də Ermənistan və Azərbaycana olan, hər biri təxminən 1 milyon dollardan az olan borclarını tam ödəyib.

Chosen
43
banco.az

1Sources