EN

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatdı - FOTOLAR

Çin Xalq Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti 13-16 sentyabr tarixlərində Çjetsyan vilayətinin paytaxtı Hancou şəhərindəki Çin Kommunist Partiyası vilayət komitəsinin partiya məktəbində bu ölkənin elmi-texniki nailiyyətləri və inkişaf təcrübəsinə həsr olunmuş seminarlara qatılıb.

"Unikal" xəbər verir ki, seminarlarda innovasiyalar tətbiq etməklə inkişaf strategiyalarının həyata keçirilməsi, idarəetmə sistemində islahatların dərinləşdirilməsi, rəqəmsal transformasiya və digər mövzular ətrafında elmi-nəzəri və praktik məsələlər diqqətə çatdırılaraq fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin, həmçinin Hancou Dəmiryolu Stansiyasının Sürətli Qatarlar Muzeyi, Qərbi Hancou Dəhlizinin Elmi və Texnoloji İnkişaf üzrə İnnovasiya Sərgi Zalı və Vətəndaş Xidməti Mərkəzini ziyarəti, eləcə də Sihu gölündə gəzintisi təşkil olunub.

Səfər sentyabrın 17-də başa çatıb.

Chosen
31
3
unikal.az

4Sources