EN

Azərbaycanın xidmət ticarəti 6 ayda 9,3 milyard dollara çatdı

Bakı. Trend:

Bu ilin 6 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadiəlaqələrində xidmətlərin ümumi həcmi 9.3 milyard dolları təşkiledib.

Bu barədə TrendMərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, bunun 5.2 milyard dolları qeyri-rezidentlərtərəfindən
Azərbaycanın rezidentlərinə, 4.1 milyard dolları isə Azərbaycanrezidentləri tərəfindən xarici ölkələrin
rezidentlərinə göstərilən xidmətlərdir.

"Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 5.7% azalaraq1.1 milyard olub. Bu da onu göstərir ki, son illər xidmətlərbalansında tarazlığın formalaşması meyilləri güclənir. Neft-qazsektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri vədigər işgüzar xidmətlər) kəsiri 705.2 milyon dollar olub.Qeyri-neft-qaz sektoru üzrə
xidmətlər balansının kəsiri isə 342.9 milyon dollar olub", -məlumatda qeyd edilib.

Məqalədə:
Chosen
31
4
az.trend.az

6Sources