Bu ilin I yarısında Azərbaycanın xaricdə yerləşdirilmiş aktivlərindən, o cümlədən ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşundan 528 milyon ABŞ dolları gəlir əldə edib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bu gəlirlər ilkin gəlirlər balansında mühüm artım yaradıb və ölkənin valyuta dayanıqlığını gücləndirib. (Report)