Elm və Təhsil Nazirliyi bir sıra tədbirlərin təşkili ilə əlaqədar xidmətlərə 225 000 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, xidmət “Simplex” QSC tərəfindən göstəriləcək.
Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi və QSC arasında müqavilə bağlanıb. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Hansı tədbirlərin təşkil olunacağı ilə bağlı məlumat da açıqlanmayıb.
Cabir
Tarix: 17 Sentyabr 2025, 11:07