EN

Ekspeditora pretenziyanın verilməsi ilə bağlı Qayda dəyişir

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Daşıyıcıya və ekspeditora pretenziyanın verilməsi ilə bağlı qayda dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahbibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.

Mülki Məcəlləyə edilən dəyişikliyə görə isə ekspeditor anlayışı dəyişir.

Layihəyə əsasən, ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır. 

Təklif olunan dəyişikliyə əsasən, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

Eyni zamanda, yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır. 

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
69
1
qafqazinfo.az

2Sources