EN

Diplomatiya tariximizin daha bir səhifəsi- ÖZƏL

"Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın  ölkəmizə rəsmi səfərini işğaldan azad olunmuş ərazilərmizə etməsi, Şuşada rəsmi qarşılanma mərasimi, cənab Prezidentimiz İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibli danışıqlar, imzalanan sənədlərin mübadiləsi və mədəni proqram diplomatiya tariximizin daha bir səhifəsi oldu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Dövlətlərimiz arasında siyasi əməkdaşlıq yüksək səviyyədədir. Neft-qaz, ticarət-iqtisadi, nəqliyyat, bərpa olunan enerji və b. sahələrdə də əməkdaşlıq uğurla inkişaf edir. Dövlət başçımız münasibətləri həmişə çoxşaxəli, dərin, səmimi və məhsuldar qurur. 
    Ölkə rəhbərlərinin Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olması, Milli Xalça Muzeyinin Şuşa filialında eksponatlara baxması cənab Prezidentimizin milli və mənəvi-ruhani dəyərlərimizə qayğısının təzahürüdür. Eyni zamanda indiki və gələcək nəsillərə bir göstərişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources