EN

Çay evinin sahibini bıçaqlayan şəxslə bağlı məhkəmə qərar verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və qanunsuz narkotik saxlamada təqsirləndirilən Namiq Nəbisoyun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Oxu.Az Pravda.az-a istinadən xəbər verir ki, sonuncu prosesdə qərar elan olunub.
Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Namiq Nəbisoy 2021-ci il dekabrın 8-də, saat 23 radələrində tanışları ilə birlikdə Binəqədi rayonu ərazisində yerləşən çay evində yeyib-içdikdən sonra hesabın məbləğini bəhanə gətirərək obyektin sahibi, zərərçəkmiş Qulam Hacıyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisə zamanı o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı pozaraq kobud ifadələr işlədib, əlində olan bıçaqla çay evinin sahibinə hücum edərək onun bel nahiyəsinə zərbə endirib.
Nəbisoy xuliqanlıq hərəkətlərini davam etdirərək, həmin vaxt orada olan digər şəxsə - zərərçəkmiş Malik Nəzərova (adı, soyadı şərtidir) da bıçaqla zərbə endirib. Onun vurduğu xəsarət nəticəsində zərərçəkmişin döş qəfəsi və daxili orqanları zədələnib, hemopnevmotoraksla müşayiət olunan ağır bədən xəsarətləri alıb.
Bundan sonra Namiq Nəbisoy tanışları ilə birlikdə qrup halında hərəkət edərək dəmir boru, taxta və digər əşyalar vasitəsilə çay evinin giriş qapısının şüşələrini sındırıb və ümumilikdə 250 manat məbləğində maddi ziyana səbəb olub.
Bundan əlavə, o, qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə - ümumi çəkisi 8.173 qram olan metamfetamini əldə edib, üzərində saxlayaraq daşıyıb. 30 yanvar 2023-cü ildə keçirilən əməliyyat tədbiri zamanı saxlanılan təqsirləndirilən şəxsin üzərində aparılan axtarış nəticəsində psixotrop maddələr sellofan bükümlərdə aşkar edilərək götürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Nəbisoy 8 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Chosen
41
oxu.az

1Sources