EN

"Spotify"dən istifadəçilərə yeni imkanlar

"Spotify" platforması artıq pullu abunəliyi olmayan istifadəçilər üçün də imkanlarını xeyli genişləndirib.

Şirkətin rəsmi saytındakı açıqlamada bildirilir ki, bundan sonra bütün istifadəçilər istədikləri mahnını axtarıb dinləyə, həmçinin dostlarının paylaşdığı musiqiləri dərhal izləyə biləcəklər.

İstifadəçilərə yenilənmələr çərçivəsində şəxsi "pleylist"lərini yaratmaq və tam fərdiləşdirmək imkanı da təqdim olunub. Həmçinin "pleylist"lərə fərdi şəkillər, rənglər və mətn effektləri əlavə etmək mümkündür. Bu funksiya 128 ölkədə aktivdir.

"Faylist" adlı yeni "pleylist" isə günün vaxtına və istifadəçinin əhvali-ruhiyyəsinə uyğun musiqilər təklif edir. Bundan əlavə, "Discover Weekly" və "Release Radar" bölmələri dinləmə tarixçəsinə əsaslanaraq fərdi musiqi tövsiyələri və sevilən ifaçıların ən son mahnılarını təqdim edir. Digər maraqlı yenilik mahnıların sözlərini dinləmə zamanı izləmək və onları sosial şəbəkələrdə - məsələn, "Instagram" və ya "WhatsApp"da paylaşmaq imkanıdır.

Beləliklə, əvvəllər yalnız ödənişli abunəçilərə açıq olan bir çox funksiyadan indi pulsuz da yararlanmaq mümkün olacaq.

Ü.Qarayev
XQ

Chosen
12
2
xalqqazeti.az

3Sources