EN

“Benfika”nın baş məşqçisi istefa verdi, Joze Mourinyo gəlir

Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

Qərar Lissabon təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduğu oyundan sonra verilib.

İddiaya görə, klub rəhbərliyi baş məşqçi postuna Joze Mourinyonu gətirmək niyyətindədir. Bir müddət əvvəl Türkiyənin “Fənərbağça” komandası ilə yollarını ayıran təcrübəli mütəxəssisin “Benfika” ilə prinsipial razılığa gəldiyi iddia olunur.

AzPost.az

Chosen
30
3
azpost.info

2Sources