EN

İranda Zelenskiyə məktub yazan şəxs edam edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İranda İsraillə əməkdaşlıqda və casusluqda təqsirli bilinən Babək Şahbazi bu gün səhər edam olunub. Lakin hüquq müdafiəçiləri onun həbsinin əsl səbəbinin Ukrayna Prezidenti Volodimir Zelenskiyə yazdığı məktub olduğunu iddia edirlər.
Oxu.Az-ın "Radio Zamaneh"ə istinadla məlumatına görə, həmin məktubda Şahbazi Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı döyüşmək arzusunu ifadə edib.
Rəsmi məlumatda isə qeyd olunur ki, Şahbazi məhkəmə araşdırmasının ardınca, Ali Məhkəmənin onun İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əlaqəli şəxslərlə məlumat mübadiləsini təsdiqləməsindən sonra ölüm cəzasına məhkum edilib.
Fəalların sözlərinə görə, onun "etirafları" işgəncələr altında alınıb və ittihamlar siyasi motivli olub.
Chosen
43
2
oxu.az

3Sources