EN

Məhkəmə qərarları təxminən 50 faiz icra olunmur - deputat

Məhkəmə qərarları təxminən 50 faiz icra olunmur - deputat

“Məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərdə problemlər var”.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bu gün keçirilən komitə iclasında bildirib.

“Yaz sessiyası dövründə qanun layihəsi qəbul etdik. Bu, “Xüsusi icra məmurları haqqında” qanundur. Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bununla bağlı ciddi problemlər var. Bu məsələlər xüsusi olaraq diqqətdə saxlanmalıdır”, - deyə millət vəkili qeyd edib.

Chosen
44
7
afn.az

9Sources