EN

Mourinyo "Benfika"nın baş məşqçisi təyin edilə bilər

Portuqaliyanın “Benfika” klubu baş məşqçisi Brunu Laje ilə yollarını ayırıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qərar Lissabon təmsilçisinin UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda evdə “Qarabağ”a 2:3 hesabı ilə uduzduğu oyundan sonra verilib.

İddiaya görə, klub rəhbərliyi baş məşqçi postuna Joze Mourinyonu gətirmək niyyətindədir. Bir müddət əvvəl Türkiyənin “Fənərbağça” komandası ilə yollarını ayıran təcrübəli mütəxəssisin “Benfika” ilə prinsipial razılığa gəldiyi iddia olunur.

Chosen
21
unikal.az

1Sources