EN

Əvvəl arvadını, sonra özünü öldürdü: Sumqayıtda ailə faciəsi - VİDEO - YENİLƏNİB

Sumqayıtda qətl hadisəsi baş verib.

"Cebheinfo.az" “Sumqayit24.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, İlkin Şakir oğlu Atakişiyev həyat yoldaşı Yeganə Bəxtiyar qızı Atakişiyevanı qətlə yetirib, daha sonra isə özünə qəsd edib.

Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq aparılır.

***

Sumqayıt Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, sentyabrın 16-da Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi ərazisində yerləşən yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1987-ci il təvəllüdlü İlkin Atakişiyevin ailə münaqişəsi zəminində 1989-cu il təvəllüdlü arvadı Yeganə Atakişiyevaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə, daha sonra özünə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

"Cebheinfo.az" 

Chosen
47
7
cebheinfo.az

10Sources