Ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Azərbaycan 30 illik Ermənistan işğalına son qoydu. İşğal müddətində tamamilə dağıldmış Qarabağ artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ suveren Azərbaycanda yeni inkişaf drayverinə çevrilməkdədir.
Böyük Zəfərdən keçən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına 22 milyard manat vəsait ayrılıb. Azərbaycan işğaldan azad olunan ərazilərimizi öz daxili maliyyə resurslarına bərpa edir və yenidən qurur. Yalnız 2025-ci ilin dövlət büdcəsindən Qarabağın bərpasına 4 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur. 2026-cı ilin sonunadək həmin ərazilərimizdə 140 min vətəndaşımız məskunlaşacaq. Bütün bunlar isə əsasən daxili maliyyə mənbələri hesabına reallaşır. Bu suverenliyini tam bərpa etmiş Azərbaycanın gücünü göstərir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31