EN

Bu şəxslərdə prostat xərçənginin yaranma riski daha çoxdur

ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Dünyada kişilər arasında ən çox görülən ikinci xərçəng xəstəliyi prostat xərçəngidir.

Ölkə.Az xəbər verir ki, 50 yaşdan yuxarı kişilər xüsusilə risk altında olduğu üçün həkimlər tez-tez müayinə olunmağı məsləhət görür.

Türkiyəli uroloq, professor Xəlil lütfi Canat bildirib ki, dünyada hər il təxminən 1,5 milyon insana prostat vəzi xərçəngi diaqnozu qoyulur və ildə onlardan 350 mini ölür.

Onun sözlərinə görə, erkən diaqnoz sayəsində xəstəliyi xüsusilə lokallaşdırılmış mərhələdə tamamilə müalicə etmək mümkündür.

"Biz hər bir kişini, xüsusən də 50 yaşdan yuxarı olanları uroloqa müraciət etməyə çağırırıq. Ailəsində prostat xərçəngi xəstəliyi olanları 40 yaşdan etibarən skrininq proqramlarına başlamağa çağırırıq. Çünki prostat xərçəngi dünyada beşinci ölüm səbəbi olsa da, erkən diaqnoz sayəsində biz xəstəni lokal mərhələdə itirmirik".

Canat yaşın prostat xərçəngi üçün ən əhəmiyyətli risk faktorlarından biri olduğunu qeyd edib.

Professor deyib ki, ətraf mühit faktorlarının da prostat xərçəngi ilə nisbi əlaqəlidir.

Canat prostat xərçənginə daha çox yağlı heyvan mənşəli məhsullarla zəngin qidalanan cəmiyyətlərdə rast gəlindiyini bildirib. O, həmçinin tərəvəz, meyvə və yüksək lifli qidalar az yeyildikdə bu riskin artdığını söyləyib.

Uroloq kişiləri pəhriz saxlamağa çağırıb:

“Sağlam pəhriz vacibdir. Siqaret və spirt prostat xərçəngi ilə əlaqəli olduğu sübut edilmiş zərərli vərdişlərdir və onlardan da çəkinmək lazımdır. Liflə zəngin qidaları yemək vacibdir. Qırmızı ətdən və doymuş yağ turşularının miqdarı yüksək qidalardan çox istifadə etməkdən çəkinin”.

Professor əlavə edib ki, prostat xərçəngi xüsusən də mərhələsindən asılı olaraq müxtəlif üsullarla müalicə oluna bilər:

“Bu, kimyaterapiya və hormonoterapiya ilə müalicə oluna bilən bir xəstəlikdir. Amma biz uroloqların tez-tez rastlaşdığı lokal mərhələdə seçdiyimiz birinci müalicə üsulu cərrahi yoldur.

Biz bir cərrah olaraq klinikamızda bu xəstələri robotik əməliyyatla müalicə edirik.

Prostat xərçəngi əməliyyatından sonra xüsusən də uzun müddət ərzində xəstələrimiz tez-tez sidik qaçırma və cinsi funksiyaların itirilməsi müşahidə olunur. Robot cərrahiyyənin ən əhəmiyyətli üstünlüyü onun sinirləri qoruyan yanaşmasıdır, yəni prostatın arxasında və yanlarında gedən sinirləri və damarları qoruyur, pasiyentlərimizə erkən idrarını bərpa etməyə və cinsi funksiyalarını mümkün qədər qorumağa imkan verir”.

Billurə

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
2
olke.az

3Sources