Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ prezidenti Donald Trampın dünənki paylaşımından sonra Azərbaycanla sülh razılaşmalarına toxunub.
Turkustan.az xəbər verir ki, Paşinyan X sosial şəbəkəsində yazıb:
“Prezidentə bir daha təşəkkür edirəm - Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinə görə - bu, əvvəllər heç kimin nail olmadığı bir şeydir.
Sülhün daha da institusionallaşdırılması və TRIPP-in həyata keçirilməsi üzərində işləmək öhdəliyimi bir daha təsdiqləyirəm”. /modern.az/