EN

Paşinyan Azərbaycanla sülhdən danışdı - Trampa təşəkkür etdi

Ermənistanın Baş naziri Nikol PaşinyanABŞ prezidenti Donald Trampın dünənki paylaşımından sonra Azərbaycanla sülh razılaşmalarına toxunub.

Modern.az xəbər verir ki, Paşinyan X sosial şəbəkəsində yazıb:

“Prezidentə bir daha təşəkkür edirəm - Azərbaycanla bu tarixi razılaşmaya vasitəçilik etdiyinə görə - bu, əvvəllər heç kimin nail olmadığı bir şeydir.

Sülhün daha da institusionallaşdırılması və TRIPP-in həyata keçirilməsi üzərində işləmək öhdəliyimi bir daha təsdiqləyirəm”.

Chosen
18
2
modern.az

3Sources