EN

Deputat qəfil yıxılaraq ayağını sındırdı – “Aeroport”dan xəstəxanaya apardılar

Milli Məclisin deputatı Məlahət İbrahimqızının ayağından xəsarət almasının detalları məlum olub.

News365.az-ın məlumatına görə, M.İbrahimqızı Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti ilə birgə iyun ayının 30-da Özbəkistana səfər edərkən ayağını sındırıb. 

Xanım deputat təyyarəyə qalxarkən telefona baxdığı zaman ehtiyatsız davranaraq ayağı büdrəyib, elə orada yıxılaraq ayağını sındırıb. 

Hadisə zamanı Sahibə Qafarova ilə birgə nümayəndə heyəti xeyli gözləsə də, M.İbrahimqızı ayağından ciddi zədə aldığı üçün səfərə gedə bilməyib. Hava limanından geri qaytarılaraq paytaxtda yerləşən özəl xəstəxanalardan birinə yerləşdirilib. Hazırda xanım deputatın müalicə reabilitasiya prosesləri davam edir. 

Qeyd edək ki, dünən bu barədə xəbəri yayımladıqdan sonra millət vəkili M.İbrahimqızı ciddi cəhdlə bir sıra xəbər portallarında məlumatı yalanlamağa cəhd etmişdi.

Chosen
47
4
news365.az

5Sources