EN

Deputatlar "Qarabağ" futbol klubunu təbrik ediblər

Milli Məclisin deputatı Zahid Oruc "Qarabağ" futbol klubunun qələbəsi münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə deputat Milli Məclisdə çıxışı zamanı deyib.

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın "Benfika" komandası üzərində 3:2 hesabı ilə səfər qələbəsi qazanıb.

Lissabondakı "Eştadiu da Luş" stadionunda baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin turnirin qrup mərhələsində qazandığı ilk səfər qələbəsi kimi tarixə düşüb.

“Bu qələbə təkcə idman nailiyyəti deyil, həm də milli qürur anıdır. Parlamentdə də bu uğur böyük həyəcanla qarşılanıbvə deputatlar bu qələbəni həyəcanla izləyiblər. Küçələrdə və meydanlarda xalqın sevinc səslərini eşitmək qürurverici idi", - deputat bildirib. 

"Qarabağ" futbol klubu bu dəfə qazandığı qələbəni Prezident İlham Əliyevə həsr etdiyini açıqlayıb. 

Gülnar Nazimqızı 

Chosen
14
50
anews.az

10Sources