EN

Dövlət Departamenti bu ölkəyə yarım milyard dollarlıq raket satışına “hə” dedi

ABŞ Dövlət Departamenti Niderlanda 570 milyon dollar dəyərində AMRAAM (Advanced Medium Menzilge Air-to-Air Missile) tipli hava-hava raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Musavat.com xəbər verir ki, məlumatı Pentaqonun hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Təhlükəsizlik Əməkdaşlıq Agentliyi yayıb.

Agentliyin açıqlamasında qeyd olunur ki, Niderland rəhbərliyi bundan əvvəl ABŞ-dan 232 AMRAAM raketi və səkkiz idarəedici sistem almaq üçün sorğu göndərmişdi. Bəyanatda bu silahların Niderlanda satışının NATO müttəfiqinin müdafiəsini gücləndirəcəyi üçün “ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcəyi” bildirilir.

Agentlik hesab edir ki, potensial saziş “Niderlandın cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini artıracaq”. Eyni zamanda, onlar əmindirlər ki, raketlərin satışı regionda hərbi güc balansını dəyişməyəcək və “ABŞ hökumətinin əlavə nümayəndələrinin və ya podratçıların yerləşdirilməsini tələb etməyəcək”.

Musavat.com

Chosen
22
3
musavat.com

5Sources