AZ

ABŞ təsdiqlədi - bu ölkəyə 570 milyon dollarlıq raketlər satılacaq


ABŞ Dövlət Departamenti Niderlanda ümumilikdə 570 milyon dollar dəyərində AMRAAM raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib. Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Niderland hökuməti daha əvvəl ABŞ-dan 232 AMRAAM raketi və səkkiz bələdçi sisteminin alınmasını istəyib. Bu silahların Niderlanda satışı NATO müttəfiqinin müdafiəsini gücləndirməklə ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına töhfə verəcək.

Mətləb

Seçilən
18
2
baki-xeber.com

5Mənbələr