EN

Fon der Lyayen Trampla “yaxşı” söhbət aparıb: Rusiya neft-qazına qarşı sanksiyalar sürətləndiriləcək  

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sentyabrın 16-da ABŞ prezidenti Donald Trampla telefonla danışıb.

Musavat.com xəbər verir ki, bu barədə xanım Lyayen sosial şəbəkə hesabında məlumat yerləşdirib.

Onun sözlərinə görə, Trampla Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün birgə səylərin gücləndirilməsi ilə bağlı “yaxşı” söhbət edib: "Komissiya tezliklə kriptovalyutaları, bankları və energetika sektorunu hədəf alan 19-cu sanksiya paketini təqdim edəcək".

AK rəhbəri qeyd edib ki, Rusiyanın qalıq yanacaq gəlirləri hesabına formalaşan müharibə iqtisadiyyatı Ukraynada qan tökülməsini maliyyələşdirir:  "Buna son qoymaq üçün Komissiya Rusiyanın qalıq yanacaq idxalının dayandırılmasını sürətləndirməyi təklif edəcək".

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Scott Bessent bəyan edib ki, Avropa Rusiya neftindən əldə olunan gəlirləri azaltmaq üçün “üzərinə düşəni etsə”, Ukraynadakı müharibə iki-üç aya bitə bilər. O qeyd edib ki, Avropa ölkələri Rusiyanın neft gəlirlərinin azaldılmasında və müharibənin dayandırılmasında daha fəal rol oynamalıdırlar. Bessent onu da vurğulayıb ki, Avropa ölkələri Çin və Hindistana yüksək tariflər tətbiq etmədikcə, Tramp administrasiyası Çinin Rusiya neftini almasını dayandırmaq üçün Çin mallarına əlavə rüsumlar tətbiq etməyəcək.

Avropa Komissiyası bu təkliflərdən sonra Rusiyaya qarşı 19-cu sanksiya paketinin müzakirələrini təxirə salıb. Ehtimal olunur ki, paketə Rusiya neft-qazına qarşı tədbirlər əlavə ediləcək.

Musavat.com

Chosen
50
2
musavat.com

3Sources