EN

BƏƏ Prezidenti Azərbaycanda səfərdə olub

Sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlib.

  

Senzor.az bildirir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev qarşılayıb...

**

Prezidentlər İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan avtomobillə Füzuli şəhərini gəziblər.

 

Sonra dövlət başçıları Şuşaya gedərkən Şuşa rayonunun Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər.

**

Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəsmi qarşılanma mərasimi olub.

 

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verib.

 

Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səslənib.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın qarşısından keçib.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətinin üzvləri isə Azərbaycan Prezidentinə təqdim olunublar.

 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

**

Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının təkbətək görüşü olub.

**

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin liderləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin erməni işğalçıları tərəfindən güllələnmiş heykəllərinə baxıblar...

**

İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Milli Xalça Muzeyinin Şuşa filialında olublar.

 

Ali qonağa filialın fəaliyyəti barədə məlumat verilib...

**

Sonra prezidentlər Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olub, Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər.

 

Dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə “Ərgünəş” adlı Qarabağ atı hədiyyə edib.

**

Azərbaycan və BƏƏ prezidentləri Şuşa qalasının önündə foto çəkdiriblər.

**

Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın şərəfinə rəsmi nahar verilib.

**

Nahardan sonra Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub.

 

Görüşdə dövlət başçıları çıxış ediblər. 

 

Sonra İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

**

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

 

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə yenə fəxri qarovul dəstəsi düzülüb.

 

BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yola salıb...

 

Ətraflı REAL TV-nin süjetində:

Chosen
52
49
senzor.az

10Sources