Almaniyanın üç əyalətində sağçı ekstremistlərə qarşı əməliyyat keçirilib.
APA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, əməliyyat tədbirləri Aşağı Saksoniya, Baden-Vürtemberq və Şimali Reyn-Festfaliya əyalətlərində ümumilikdə 14 ünvanda həyata keçirilib. Silahlı qrup yaratmaqda və belə qruplarda fəaliyyət göstərməkdə ittiham olunan səkkiz nəfərin saxlanılması məqsədilə keçirilən əməliyyatlar nəticəsində çoxlu sayda silah-sursat, nağd pul və partlayıcı maddələrin hazırlanması üçün lazımi vasitələr tapılıb.
Qəzetin məlumatına görə, ittiham olunanlar arasında Almaniya Silahlı Qüvvələrinin iki sabiq və iki aktiv əsgəri, həmçinin bir polis əməkdaşı var.