EN

“Qarabağ” Azərbaycan futbolunda daha bir ilkə imza atdı

Bu gün səfərdə Portuqaliyanın “Benfika” komandası ilə qarşılaşmış “Qarabağ” Azərbaycan futbolunda daha bir ilkə imza atıb.

Arena.az xəbər verir ki, Ağdam komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində qələbə qazanan ilk klub kimi ölkə futbolu tarixinə düşüb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv buna ÇL-in Liqa mərhələsinin 1-ci turunda imza atıb. Ağdam təmsilçisi Portuqaliyada “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Çempionlar Liqasının əsas mərhələsində oynayan yeganə Azərbaycan təmsilçisi olan komanda buna qədər 2 heç-heçəyə nail olmuşdu. Həmin bərabərliklər UEFA Çempionlar Liqasının 2017/2018-ci illər mövsümünün qrup mərhələsində “Atletiko” ilə görüşlərdə qeydə alınmışdı – 0:0, 1:1.

Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu oktyabrın 1-də Danimarka klubu “Kopenhagen”ə qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya saat 20:45-də start veriləcək.

error: Məzmun qorunur!
Chosen
31
13
arena.az

10Sources