EN

"Qarabağ" Portuqaliyadan 3 xalla dönür!

"Qarabağ" Portuqaliyadan 3 xalla dönür!

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə Portuqaliyanın "Benfika" klubunu 3:2 hesabı ilə məğlub edib.

"Eştadiu da Luş" stadionunda keçirilən matçda ilk iki qol meydan sahiblərinə aid olsa da, Azərbaycan çempionu matçda uğurlu geri dönüş edib. Leandro Andrade 30-cu dəqiqədə fərqlənərək hesab arasındakı fərqi minimuma endirib, 48-ci dəqiqədə Kamilo Duran tarazlığı təmin edib və qələbə qoluna Aleksey Kaşuk 86-cı dəqiqədə imza atıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi "Qarabağ" komandası II turda, oktyabrın 1-də Bakıda Danimarkanın "Kopenhagen" kollektivini qəbul edəcək.

Çempionlar Liqası I tur nəticəsi – 16 sentyabr:Benfika (Portuqaliya) 2:3 Qarabağ (Azərbaycan)Qollar: Entso Barreneçea 6’, Vangelis Pavlidis 16’ – Leandro Andrade 30’, Kamilo Duran 48’, Aleksey Kaşuk 87’

Baş məşqçilər: Bruno Laje (Benfika), Qurban Qurbanov (Qarabağ)Hakimlər: Erik Lambrexts, Co De Veird, Kevin Monteni, Natan Verbumen (Belçika)VAR: Bram Van Driessçe (Belçika)AVAR: Fedayi Sun (Belçika)

Chosen
17
afn.az

1Sources