EN

Putin “Zapad-2025” təlimini izlədi

Rusiya Prezidenti Vladimir Putin “Zapad-2025” təlimini yerində izləyib. Metbuat.az xəbər verir ki, o, təlimləri izləmək üçün Nijni Novqorod vilayətindəki Mulino atıcılıq poliqonuna gedib. Putin bəyan edib ki, Rusiya və Belarus tərəfindən keçirilən “Zapad-2025” təliminin məqsədi Rusiya və Belarusun ittifaq dövlətini hücumlardan müdafiə etməkdir. Rusiya lideri qeyd edib ki, təlim 100 min əsgər,10 minə yaxın silah və texnikanın iştirakı ilə ümumilikdə 41 atış poliqonunda keçirilib.

Putinin sözlərinə görə, təlimlərdə istifadə edilən silahlar döyüş şəraitində istifadə olunan müasir texnikadır və təlim planları xüsusi hərbi əməliyyatların keçirilməsi zamanı əldə edilmiş təcrübəyə əsaslanır.

Chosen
53
metbuat.az

1Sources