Fələstinin müstəqilliyinin tanınmasının HƏMAS üçün hədiyyə olduğunu düşünmürəm.
Axar.az xəbər verir ki, bu sözləri mətbuat konfransında BMT Baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, iki dövlətli həll yolu əslində HƏMAS-ın proqramına daxil deyil.
“Bu, HƏMAS-a deyil, əziyyət çəkən Fələstin xalqına hədiyyədir”,- deyə Quterreş əlavə edib.