AZ

BMT Baş katibi: Fələstinin müstəqilliyinin tanınması HƏMAS-a deyil, xalqına hədiyyədir

Vaşinqton, 16 sentyabr, AZƏRTAC

Fələstinin müstəqilliyinin tanınmasının HƏMAS üçün hədiyyə olduğunu düşünmürəm.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri mətbuat konfransında BMT Baş katibi Antonio Quterreş deyib.

O bildirib ki, iki dövlətli həll yolu əslində HƏMAS-ın proqramına daxil deyil. “Bu, HƏMAS-a deyil, əziyyət çəkən Fələstin xalqına hədiyyədir”,- deyə Quterreş əlavə edib.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
14
7
azertag.az

8Mənbələr