EN

Prezident İlham Əliyevin şəhid bacısı ilə səmimi söhbəti

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb.

TurkicWorld xəbər verir ki, görüş zamanı Prezidenti İlham Əliyev şəhid bacısı ilə səmimi söhbəti baş tutub.

Tələbə qız: Salam. Mən Qarabağ Universitetinin Hüquqşünaslıq fakültəsinin ikinci kurs tələbəsiyəm. Burada təkcə Xocalı sakini kimi yox, həm də şəhid bacısı kimi iştirak edirəm. Qardaşım Sərvan Mehralıyev Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyev: Allah rəhmət eləsin.

Tələbə qız: Sizin dəstəyinizi nəinki bir şəhid bacısı, həm bir tələbə, həm də bir keçmiş məcburi köçkün kimi daim hiss etmişəm və buna görə də böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Prezident İlham Əliyev: Sağ ol. Burada, Xankəndidə həyatın necə keçir, yaxşıdır?

Tələbə qız: Bəli, əla. Hamı razıdır, hamının ürəyincədir.

Prezident İlham Əliyev: Çox gözəl. Dünən Tibb fakültəsinin yeni klinikasının açılışını etdik, tələbələrin sayı çoxalacaq, 100 nəfər də tibb klinikasına daxil oldu. Yəni, bir neçə ildən sonra orada minlərlə tələbə olacaq. Yəni, Xankəndi tələbələr şəhəri olacaq. Bütün tələbə yoldaşlarına məndən salam söylə. Sağ olun.

Chosen
9
1
turkic.world

2Sources