EN

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda beynəlxalq turizm forumunda iştirak edib – FOTO 

Qırğızıstanın Cəlal-Abad şəhərində Türk Dövlətləri Təşkilatının “Davamlı Turizmin İnkişafı” mövzusunda Beynəlxalq Turizm Forumu keçirilib. Tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Doğru.az xəbər verir ki, çıxışında Kənan Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini vurğulayıb. O, davamlı və inklüziv turizmin əhəmiyyətini qeyd edərək, Azərbaycanın həyata keçirdiyi təşəbbüslər – yeni turistik marşrutların yaradılması, ekoturizm layihələri və plastik tullantıların azaldılması proqramları barədə məlumat verib.

Kənan Quluzadə həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsini xatırladaraq, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”nin qlobal önəmini vurğulayıb və türk dövlətlərini davamlı turizm sahəsində sıx əməkdaşlığa dəvət edib.

Forumun ikinci günündə isə iştirakçılar üçün “Türk Dövlətləri Təşkilatı məkanında macəra turizminin inkişafı” mövzusunda seminar təşkil olunub.

DOĞRU.AZ

image-17580039362066518576_1200x630 image-17580039361513650731_1200x630

Chosen
22
10
dogru.az

10Sources