EN

"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyəxüsusi təyinatlılarının iştirakı ilə respublikamızda keçirilən"Sonsuz qardaşlıq – IV" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrtəlimi başa çatıb.

Müdafiə Nazirliyindən Trend-əverilən məlumata görə, bu münasibətlə birgə təlimin iştirakçılarıüçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycanmusiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü AbdullaQurbani çıxış edərək bu tədbirin 18 sentyabr - Milli Musiqi Günüərəfəsinə təsadüf etdiyini qeyd edib, Azərbaycanın zəngin tarixi vəmədəniyyəti ilə bağlı qonaqlara ətraflı məlumat verib.

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solistlərinin,Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı vərəqs ansamblının ifasında xalq və bəstəkar mahnıları, qəhrəmanlıqnəğmələri və rəqslər təlim iştirakçıları tərəfindən maraqlaqarşılanıb.

Təlim iştirakçılarına hədiyyələr təqdim olunub.

Məqalədə:
Chosen
31
32
az.trend.az

10Sources