
“Növbəti il üçün inflyasiya göstəricisi təxminən 6 faizə yaxındır. Bununla belə, orta aylıq əməkhaqqı artımı da davam etdiriləcək. Eyni zamanda, birbaşa sosial təminat və sosial müdafiə xərclərində də artımlar var. Bu da təbii ki, orta aylıq əməkhaqqıya təsir göstərən əsas faktorlardan biridir. Amma, inflyasiyanın optimallaşdırılmasına və hədəf diapazonunda saxlanmasına ehtiyac var ki, inflyasiya əməkhaqqı artımlarına mənfi təsir göstərməsin”.2026-cı ilin dövlət büdcəsi layihəsində gəlirlər və xərclər üzrə artım faizinin nisbətən yaxın olduğunu qeyd edən millət vəkili bildirib ki, gəlirlər 0,2 faiz artacaq, xərclər isə 0,3 faiz artacaq. Yəni, praktiki olaraq xərclərdəki artım gəlirlərdəki artım faizinə uyğunlaşdırılıb:“Büdcə kəsirində artım gəlirlər və xərclərlə müqayisədə daha yüksəkdir. Bu isə birbaşa xərclərin məbləğinin növbəti gəlirlərlə müqayisədə daha çox artması ilə bağlıdır. Bu kontekstdən təbii ki, gəlir və xərclərdəki artım optimallığı qorunub saxlanılıb. Amma sözsüz ki, biz kəsirin xərclərlə gəlirlə müqayisədə daha çox artırılmasını məqsədəuyğun hesab etmirik və dövlət büdcəsi kəsirinin optimallaşdırılması daha məqsədəuyğun olardı”.
Gülbəniz Hüseynli / Metbuat.az