EN

Cəlilabadda məktəbdə şagird qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB

Cəlilabad rayonunda məktəblinin qətl edilməsi ilə bağlı cinayət işi başlanıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki ,sentyabrın 16-da yetkinlik yaşına çatmayan N.M-nin (şərti) təhsil aldığı tam orta ümumtəhsil məktəbində ölməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

15:19

Sentyabrın 16-da Cəlilabad rayonu Xəlilabad kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi sinif yoldaşına xəsarət yetirib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən verilən açıqlamada bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı dərhal təcili tibbi yardım briqadasına və hüquq-mühafizə orqanlarına məlumat verilib: "Təəssüflə qeyd edirik ki, xəsarət almış məktəbli dünyasını dəyişib. Hadisə ilə bağlı aidiyyəti üzrə birgə araşdırmalar aparılır.

Məktəblilərin yeniyetməlik dövrü olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik".

14.56

Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib. Məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
37
6
moderator.az

10Sources