AZ

Cəlilabadda məktəbdə dava: 17 yaşlı yeniyetmə öldü

Cəlilabadda məktəbdə şagirdlər arasında yaranan mübahisə ölümlə nəticələnib.

Hadisə Cəlilabad rayonunun Xəlilabad kənd məktəbində baş verib.

Belə ki, məktəbdə sinif yoldaşları arasında mübahisə yaranıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Xəsarət alan yeniyetmə xəstəxanaya hospitalizasiya olunub. O, xəstəxanada ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Seçilən
33
25
7news.az

10Mənbələr