EN

Bir qrup uşaq Ukraynanın nəzarətindəki ərazilərə qaytarılıb

Xerson vilayətinin müvəqqəti işğal altında olan ərazilərindən bir qrup uşaq Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün “Telegram” kanalında bildirib.

Prokudinin sözlərinə görə, geri qaytarılanlar 7-dən 14 yaşadək oğlan və qız uşaqlarıdır.

“Bu gün həmin uşaqlar artıq azad Ukrayna torpağında təhlükəsizlikdədirlər, ailələri ilə birgə yardım və dəstək alırlar, onların sənədləri bərpa olunur və psixoloji reabilitasiya keçirlər”, – Aleksandr Prokudin vurğulayıb.

O qeyd edib ki, uşaqların geri qaytarılması Ukrayna Prezidenti tərəfindən irəli sürülmüş "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində və “Save Ukraine” xeyriyyə təşkilatının dəstəyi ilə həyata keçirilib.

Eyni zamanda, “Reuters“ agentliyinin Yele Universitetinin hesabatına istinadən yaydığı məlumatda Rusiyanın ukraynalı uşaqları saxladığı 210-dan çox yerin müəyyən olunduğunu və indiyədək Rusiyanın təxminən 35 min ukraynalı azyaşlını qanunsuz olaraq ölkədən çıxardığı bildirilir.

Rusiya tərəfi isə uşaqları onların iradəsinə zidd olaraq apardığını inkar edir və onları döyüş bölgəsindən təhlükəsizliyə görə könüllü şəkildə təxliyə etdiyini iddia edir.

Chosen
11
11
ikisahil.az

10Sources