AZ

Bir qrup uşaq Ukrayna nəzarətindəki ərazilərə qaytarılıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Xerson vilayətinin müvəqqəti işğal altında olan ərazilərindən bir qrup uşaq Ukraynanın nəzarətində olan əraziyə qaytarılıb.

APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xerson Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin özünün “Telegram” kanalında məlumat yayıb.

Prokudinin sözlərinə görə, geri qaytarılanlar 7-dən 14 yaşadək oğlan və qız uşaqlarıdır. O bildirib ki, bu uşaqlar işğalçı hakimiyyətin təzyiqlərinə, qorxuya və alçaldılmalara məruz qalıblar.

“Bu gün həmin uşaqlar artıq azad Ukrayna torpağında təhlükəsizlikdədirlər, ailələri ilə birgə yardım və dəstək alırlar – sənədləri bərpa olunur və psixoloji reabilitasiya keçirlər,” – OVA rəhbəri vurğulayıb.

O qeyd edib ki, uşaqların geri qaytarılması Ukrayna Prezidenti tərəfindən irəli sürülmüş "Bring Kids Back UA" təşəbbüsü çərçivəsində və “Save Ukraine” xeyriyyə təşkilatının dəstəyi ilə həyata keçirilib.

Eyni zamanda, “Reuters” agentliyinin “Yale” Universitetinin hesabatına istinadən yaydığı məlumatda Rusiyanın Ukraynalı uşaqları saxladığı 210-dan çox yerin müəyyən olunduğunu və indiyədək Rusiyanın təxminən 35 min ukraynalı azyaşlını qanunsuz olaraq ölkədən çıxardığı bildirilir.

Rusiya tərəfi isə uşaqları onların iradəsinə zidd olaraq apardığını inkar edir və onları döyüş bölgəsindən təhlükəsizliyə görə könüllü şəkildə təxliyə etdiyini iddia edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
11
apa.az

10Mənbələr