EN

Şeyx Məhəmməd bin Zayed Al Nəhyan: Dost Azərbaycanla ikitərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq

Dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var, onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan söyləyib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti qeyd edib: "Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq".

Chosen
59
10
day.az

10Sources