EN

DOST işçiləri arasında dava: Xadimə həmkarını vurdu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST İş Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) işçiləri arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib.

Ölkə.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində qurumun xadimələri arasında baş verib.

Belə ki, 1980-cı ildə Bakı şəhərində doğulmuş, DOST İş Mərkəzində xadimə işləyən Qaçay həmin ərazidə 3 ildir ki, eyni işi görən Ülviyyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərərçəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisinə uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb.

Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Chosen
35
8
olke.az

10Sources