ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"DOST İş Mərkəzi" MMC tərəfindən ərazidə fəaliyyət göstərən kommunal xidmət müəssisəsinə təhkim edilmiş işçilər arasında baş verən dava ilə bağlı məhkəmə qərar qəbul edib.
Avtosfer.az "Qaynarinfo"ya istinadən bildirir ki, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində süpürgəçilər arasında baş verib.
Belə ki, 1980-ci ildə Bakı şəhərində doğulmuş, DOST İş Mərkəzində süpürgəçi işləyən Qaçay həmin ərazidə üç ildir ki, eyni işi görən Ülviyyə adlı qadının üz nahiyəsindən zərbə vurub. Əvvəlcə Qaçay zərərçəkmiş qadına yaxşı işləmədiyini və ərazisində olan zibillərin külək vasitəsilə onun ərazisinə uçduğunu deyərək mübahisə etməyə başlayıb. Bundan sonra Qaçay əli ilə bir dəfə onun üzünə zərbə vuraraq ərazidən uzaqlaşıb.
Məhkəmənin qərarı ilə Qaçay Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və aylıq qazancından 15% dövlət nəfinə pul tutulmaqla altı ay müddətə islah işləri cəzasına məhkum edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.