Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Büdcə ilə bağlı detallar açıqlandıqdan sonra konkret hansı artımların olacağını söyləmək mümkün olacaq. Amma nəzərə alsaq ki, qanunvericiliyə əsasən 2026-cı ilin yanvarında pensiyalar indeksləşdirilərək artırılacaq, bu, o deməkdir ki, dövlət büdcəsində növbəti ilin yanvarından pensiyanın indeksləşdirilməsi üçün vəsait nəzərdə tutulub”.Bunu Demokrat.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, indeksləşdirmə 1 milyon 100 min vətəndaşı əhatə edəcək:“Maaş artımı ilə bağlı isə yalnız büdcə ilə bağlı detallı göstəricilər elan olunduqdan sonra danışmaq mümkün olacaq. Pensiyanın indeksləşdirilərək artırılması qanunun tələbi olduğuna görə, yanvarın 1-dən etibarən bu prosesi müşahidə edəcəyik. Bu da dövlət büdcəsinin xərclərində nəzərdə tutulub”.Qeyd edək ki, Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 356 000,0 min manat, xərcləri isə 41 407 600,0 min manat proqnozlaşdırılıb. Beləliklə, 2026-cı ildə dövlət büdcəsinin gəlirlərində 67 milyon manat (0,17 faiz), xərclərində isə 141 milyon manat (0,34 faiz) artım nəzərdə tutulub. Artımın az olması maaş və pensiyalarda ciddi artım olub-olmayacağı ilə bağlı suallar doğurur.Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.