EN

Gəncənin icra başçısı sakinlərlə birgə səhər idmanı etdi –

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 15 sentyabr 2025-ci ildən etibarən III MDB Oyunları çərçivəsində “Səhər İdmanı” layihəsinə start verilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının qarşısında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları və şəhər sakinləri iştirak ediblər.

Onlar müxtəlif idman hərəkətləri edərək səhər gimnastikası ilə məşğul olublar. Tədbir iştirakçıları sağlam həyat tərzinin təşviqi baxımından bu cür aksiyaların əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, layihənin əsas məqsədi idman edərək sağlam həyat tərzinə çağırış etməkdir. “Səhər İdmanı” həftə içi 6 gün səhər saat 7:30-dan 8:30-dək keçiriləcək.

 

AzPost.az

Chosen
29
2
azpost.info

3Sources