EN

Urmiya gölünün qurudulması nəinki Güney Azərbaycan, region ölkələri üçün də ekoloji faciədir Video

ain.az, Bizimyol saytına istinadən bildirir.

"Urmu gölünün qurudulması nəinki Cənubi Azərbaycana, eləcə də regionda olan ölkələrin hamısına böyük bir faicə hesab olunur. Bu ekoloji faciə demək olar ki, gələcəkdə öz ətrafının 500 km-liyində yaşayanlara zərər vura bilər. Göl quruyub, onun yerində 10 milyard ton duz və digər maddələr qalıb. Bu gün bu duzlar kristal formasındadır. Çox az bir miqdarı toz çevrilib. Avtomobillər istehsal üçün ora gedib-gəlir, bu zaman duz əzilir, toza çevrilir. Və toz halında duz ətrafa yayılır. Amma zaman keçdikcə, gün dəydikcə bu kristalların hamısı toza çevriləcək. Bu narın duz hər külək əsdiyində əkin yerlərinə və yaşayış məntəqələrinə yayıla bilər. Bu da həmin ərazilərdə həyatın məhv olması deməkdir".

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyais şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, gölün cənubundakı kəndlərdə külək əsəndə duzlu yel gəlir və bu vəziyyət davam edərsə, Urmu gölünün ətrafındakı meyvə bağlarının hamısı məhv olacaq.

Maşallah Rəzmi

Şərhçi bildirib ki, artıq göl ətrafı bağların çoxu ya meyvə vermir, ya da meyvəsi çox az olur. Maşallah Rəzmi qeyd edib ki, keçmişdə çox abad olan ərazilər vardı və bu gün həmin ərazilər məhv olmuş vəziyyətdədir.

Siyasi şərhçinin sözlərinə görə, artıq Urmu gölündə su miqdarının elan edilməsi ilə bağlı məlumatların səsləndirilməyəcəyinə haqda qərar verilir, çünki artıq göldə su yoxdur. Maşallah Rəzmi qeyd edib ki, qışda yağıntılar olduğu zaman azca su yığılacaq, amma həmin su yenə yayda tam quruyacaq.

Siyasi şərhçi Maşallah Rəzminin Urmiya gölünün taleyi ilə bağlı ətraflı şərhini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
63
icma.az

1Sources