EN

“Azərbaycan Avropada vacib faktora çevrilir”

“Azərbaycan Avropada, xüsusilə də Balkanlarda enerji təhlükəsizliyinin təmin olunmasında önəmli faktora çevrilməkdədir”.

Tribunainfo.az xəbər verir ki, bunu İranda nəşr olunan  “Tahlil Bazaar” qəzeti yazıb.

Nəşr vurğulayıb ki, Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanı yalnız tranzit ölkə kimi deyil, enerji təminatında strateji tərəfdaş kimi təqdim edir. “Azərbaycanın bu strategiyası ölkəni regionun enerji habına çevirir. Bakının enerji siyasəti artıq sadə ticarətdən çıxaraq, strateji diplomatiyaya çevrilib”.

-“Azərbaycan Avropanın enerji sabitliyində, xüsusilə Balkan ölkələri kimi həssas bölgələrdə möhkəm və etibarlı tərəfdaş kimi tanınır”.

Fərda Uğur

Chosen
12
1
tribunainfo.az

2Sources