EN

Cəlilabadda məktəbli sinif yoldaşını öldürüb

 Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan yeniyetmə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
19
5
missiya.az

8Sources