AZ

Cəlilabadda məktəbli sinif yoldaşını öldürüb







Cəlilabad rayonunda məktəblilər arasında mübahisə baş verib.

Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, rayonun Xəlilabad kəndində qeydə alınan hadisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib.

Xəsarət alan Kənan İmanzadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Seçilən
15
5
newscenter.az

8Mənbələr